QMİ məscidlərdə ibadətin bərpası ilə bağlı qərara münasibət bildirib

27 May 2021 - 14:05

Ötən gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ibadət yerlərinin fəaliyyətinin bərpa ediləcəyi bildirildi. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) verilən qərarla bağlı paylaşım edib. 

Bu barədə QMİ-nin rəsmi “Facebook” səhifəsində məlumat paylaşılıb.

Paylaşımda qeyd edilib ki, iyunun 10-dan fəaliyyəti bərpa ediləcək dini ibadət yerlərinin necə fəaliyyət göstərəcəyinə dair xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Nazirlər Kabinetinin verdiyi qərarda bildirilir ki, dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa ediləcək. İnşallah, tezliklə məscidlərdə ibadətlərin tam bərpası üçün dualar edək.

Xatırladaq ki, iyunun 10-u saat 00:00-dan etibarən Azərbaycanda dini ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək.