Qobustandakı palçıq vulkanlarından birinin ərazisində böyük turizm kompleksi yaradılacaq- Açıqlama

“2020-ci ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük turizm kompleksinin yaradılması nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək: “Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək”.

Aparat rəhbəri bildirib ki, hazırda palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var: “Proses kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri artıq yekunlaşdırılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağcabədidə dəhşətli yol qəzası:

Sonrakı məqalə

45 milyon 488 min 15 manat…