Qoca qadını qucağına qaldıran yeniyetmə xəstəxanaya yerləşdirilib –DİN

Yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.

Bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Qeyd olunub ki, valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Xatırladaq ki, sosial şəbəkədə yeniyetmənin ictimai asayişi pozmasına dair video görüntülər yayılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.