“Qodzilla” filminin davamı çəkilir –"Canavarların Kralı"

“Qodzilla: Mənfi Bir” filminin rejissoru bu dəfə canavar haqqında yeni film çəkəcək.

Azpost.info bildirir ki, xəbəri “Variety” jurnalı yayıb.

Yaponiyanın “Toho Studios” kino şirkəti növbəti kino layihəsini gerçəkləşdirmək üçün məhşur “Qodzilla” filminin rejissoru kimi tanınan Takasi Yamadzakini işə cəlb edib.

Kiçik büdcəli, həmçinin də elmi-fantastik film kimi çox sayda tamaşaçı toplamağı bacaran “Qodzilla: Mənfi Bir”-ın kassada, pərəstişkarlar, eləcə də kino tənqidçiləri arasında sürətli uğurundan sonra bütün dünyada şöhrət qazandı. Bu film həm də Kino Akademiyası Mükafatını qazanmış yeganə “Canavarların Kralı” mövzusunda ekran əsərinə çevriləndən sonra bir çoxu filmin taleyi, yaradıcı heyət və rejissorla maraqlanmağa başladılar. Artıq nüfuzlu kino kompaniyaların çoxu belə bir gəlirli, böyük kino layihədə iştirak etmək ümidi ilə “Qodzilla” filminin davamının nə vaxt çəkiləcəyini də gözləyirdilər.

Bu xoşbəxtlik isə yenidən “Toho Studios” kino şirkətinə nəsib olub. Kino studiya və rejissor, həmçinin də çəkiliş qrupu yalnız Qodzillanın böyük bir tamaşaçı kütləsinə məlum olan versiyasını yenidən geriyə gətirməyəcəklər, onlar yenilənmiş süjeti daha da baxımlı etməkdən ötrü növbəti hekayə yaradılmasına kömək edə biləcək və böyük potensiala malik rejissor Takasi Yamadzakini də geri gətirəcəklər.

Yeni çəkilən davam filmi üzərində işlərin getdiyi söylənilsə də, kino studiya xəbərə qısqanclıqla yanaşıb. Filmin çəkilişlərinə başlandığı inkar edilməsə də, bu barədə geniş açıqlama verilmir.

“Qodzilla: Mənfi Bir”-ə baxan izləyicilərin əksəriyyəti son səhnələri sayəsində artıq filmin davamının əslində qurulduğunu da görə biliblər. Bu isə o deməkdir ki, ekrana çıxacaq Qodzillanın rəqibi olacaq nəhəng “Canavarlar Kralı”-nın bu yeni, bənzərsiz versiyası “Qodzilla” fanatlarının uzun illər ərzində gördükləri müxtəlif versiyalarla müqayisədə qat-qat üstün olacaq.

Oqtay Qorçu

Əvvəlki məqalə

Tramp seçkidə saxtakarlığa yol verildiyini bildirib

Sonrakı məqalə

Sumqayıtda 26 yaşlı qadın qaynı arvadını bıçaqlayıb