Qondarma Qarabağ rejiminin başçısı məğlub olduqlarını bəyan etdi –

AÇIQLAMA
10 Noyabr 2020 - 11:30

Separatçı keçmiş Qarabağ rejiminin başçısı Araik Aratunyan canlı müraciətində məğlubiyyətə uğradıqlarını bəyan edib.

“43 gün ərzində baş verən hərbi əməliyyatlar zamanı erməni tərəfi Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrutun əsas hissəsi, Martuni və Əsgəran rayonlarının bir hissəsi üzərində nəzarəti itirdi”.

Azpost.info bildirir ki, keçmiş qondarma rejimin başçısı Araik Arutunyan video müraciətində etiraf edib.

Onun sözlərinə görə, noyabrın 7-də Şuşa tam itirildi. Aratunyan deyib ki, döyüşlər artıq Xankəndinin 2-3 kilometriyində gedirdi. “Əgər döyüşlər bir neçə gün də davam etsəydi bütün Qarabağ itiriləcəkdi”.

Aratunyan deyib ki, PUA-lar Qarabağda silahlı qüvvələrə böyük zərbə vurdu.