Qorbaçov SSRİ-ni federativ dövlətə çevirmək istəyib:

“DTK bu söhbəti  yazıb Yazova vermişdi”
11 Noyabr 2019 - 02:07

“Əgər “QKÇP” çevrilişinin qarşısını ala bilsəydik, indi tamamilə başqa ölkədə yaşayacaqdıq”.

 Azpost.info bildirir ki, bu sözləri SSRİ prezidenti Mixail Qorbaçov “Komsomolskaya pravda” qəzetinə müsahibəsində bildirib.  M.Qorbaçovun sözlərinə görə, qiyam ərəfəsində artıq SSRİ-nin yeni İttifaq müqaviləsi hazır idi və bütün respublikalarla razılaşdırılmışdı: “Yeni müqavilədə bizim mərkəzlə müttəfiq respublikalar arasında mövcud problemləri həll etmək imkanımız vardı”.

Qorbaçov qeyd edib ki, bu bu yolla SSRİ-ni saxlamaq imkanı vardı: “Bu tam ayrı bir dövlət olacaqdı. Konfedrasiya İttifaqı… Moskva öz səlahiyyətlərini respublkalara verməklə daha fundamental məsələlərlə məşğul olacaqdı. İndiyə qədər də biz digər respublikalarla bir yerdə əkib becərirdik…” 

Mixail Qorbaçov deyib ki, 1991-ci ilin avqustun 1-2-də Qazaxstan prezidenti Nursultan Nazarbayev və Rusiya prezidenti Boris Yeltsinlə son dəfə görüşüb:  “Çox ciddi söhbət oldu. İttifaq müqaviləsinin layihəsi tam hazır vəziyyətdə idi. Heç yeni Konstitusiya hazırlamaq da lazım gəlmirdi. Biz bu görüşdə kadr məsələləri barədə danışdıq. Söhbətdə əsas müzakriə obyekti SSRİ müdafiə naziri Yazov və digərlərinin dəyişdirilməsi  idi.  Onların yerinə yeni təyinatlar barədə danışdıq. Sonra məlum oldu ki, DTK bu söhbəti  gizli yazıb və Yazova verib”.

Qorbaçov bildirib ki, Qərb SSRİ -də çevriliş təhlükəsi barədə onlara məlumat çatdırıb: “ABŞ səfirliyinin vasitəsi ilə bir zəng oldu. Dedilər nəsə hazırlanır… Amma konkret məlumat deyildi. Ümumiyyətlə Qərb tərəfdən gələn siqnallara ehtiyatla yanaşmaq lazımdır”.

Mixail Qorbaçov Foros adasına istirahətə getmək qərarının səhv olduğunu deyib. Eks -prezident vurğulayıb ki, belə həssas məqamda Moskvada qalmaq lazım idi.