Qorbaçovun “yenidənqurma qurbanları”na  güzəşt tələb olunur –

Rus Dumasından qəribə təklif
21 Oktyabr 2019 - 09:54

Rusiya Dövlət Dumasının elm və təhsil komitəsinin sədr müavini Boris Çernışov qəribə təkliflə Əmək naziri Maksim Toplinə müraciət edib.

Deputat SSRİ-də “yenidənqurma qurbanları” üçün güzəştli kateqoriya hazırlanmasını təklif edib.  Bu kateqoriyaya 1987-89-cu illərdə Rusiyada yaşamış vətəndaşlar daxil edilməlidir.

Azpost.info bildirir ki, təkliflə bağlı nufuzlu Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzi (VSİSOM) rəy sorğusu keçirib.

Rusiyalıların dörddə bir hissəsi özünü “yenidənqurma qurbanı” sayırlar. Bununla belə rəyi soruşulanların 70 faizi özlərini bu kateqriyaya daxil etməyiblər. 5 faiz isə cavab verməkdə çətinlik çəkib. Ən çox 60 yaşlı və 37 yaşdan yuxarı respondentlər özlərini qurban saydıqlarını deyiblər. Ən azı isə 18-24 yaşlı gənclər olub. (8 faiz)

Güzəştli lqot ideyasını  rəyi soruşulanların 41 faizi dəsətkləyib, 47 faiz əleyhinə olub. 12 faiz cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, SSRİ-də “Yenidənqurma” siyasəti 1985-ci ildə Mixail Qorbaçov tərəfindən başlanıb və Sovet İttifaqının siyasi və iqtisadi yenilənməsini nəzərdə tuturdu. Nəticədə SSRİ-də böhran başlandı və ölkə 1991-ci ildə suqut etdi.