Qubada avtomobil dərəyə aşdı-Bir yaşlı körpə öldü

Qubada bir yaşlı körpə yol qəzasında ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun İspik kəndi ərazisində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Qədirov Elnur Qrybəli oğlu etibarnamə ilə idarə etdiyi “VAZ 2106” markalı 27 BT 194 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin qabaq oturacağında oturan dayısı oğlu, 2018-ci il təvəllüdlü Poladov Polad Şaban oğluna başı qarışıb və diqqəti yoldan yayınması nəticəsində avtomobil yoldan çıxaraq 60 metr hündürlükdən dərəyə aşıb.

Hadisə nəticəsində P.Poladov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Milli Məclisin iclası olacaq –

Sonrakı məqalə

Novruz Məmmədova yeni vəzifə veriləcək –