Qubada bələdiyyə üzvü barəsində cinayət işi başlanıb

14 Noyabr 2019 - 10:44

Quba bələdiyyəsinin komissiya üzvü Dəstəbəy Tərlanov barəsində cinayət işi başlanıb.

D.Tərlanova Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. İş üzrə zərərçəkən kimi Quba Bələdiyyəsi tanınıb. (APA)