Qubada sel 2 avtomobili aparıb, 3 körpünü dağıdıb- FOTO

Qubada çayı keçmək istəyən iki avtomobil sel sularının altında qalıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun ucqar dağ kəndlərindən olan Yerfidə qeydə alınıb. Vəlvələçayını keçmək istəyən “Niva” və “UAZ” markalı nəqliyyat vasitəsi suyun altında qalıb. Nəqliyyat vasitələri suyun altından çıxarılıb.

Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, son günlərdə yağan güclü yağışlar və çaylarda suyun artması nəticəsində rayonun 3 müxtəlif kəndində  körpüləri sel dağıdıb. Hazırda dəyən ziyanın aradan qaldırılması və körpülərin təmiri istiqamətində işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yerevanda banka silahlı basqın olub

Sonrakı məqalə

Adil Qeybulla koronavirusun ağciyərdə yaratdığı fəsadların fotosunu paylaşdı