Qumarbazlar üçün cərimə 600 manatdan 5 min manata qaldırılıb

Bu gündən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə cərimələr artırılıb.

Bu, 1 yanvar 2022-ci ildən qüvvəyə minən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur. Dəyişikliyə əsasən, artıq qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sürücülük vəsiqəsinə görə rüsumlar qalxıb

Sonrakı məqalə

Ləğv edilmiş 4 bankın müştərilərinə 615 milyon manat әmanәt qaytarılıb