Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Quraqlıqlar qlobal fəlakətə çevrilir –

User 22 İyul 2025 - 11:45 (Last updated: 22 İyul 2025 - 11:45)
quraqliq

Dünya miqyasında qeydə alınmış tarixin ən geniş yayılmış və zərərli quraqlıq hadisələri son illərdə iqlim dəyişikliyi və resursların tükənməsi səbəbindən baş verir.

AzPost AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikir BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının (UNCCD), ABŞ Milli Quraqlığın Azaldılması Mərkəzinin (NDMC) və Quraqlığa Dayanıqlılıq üzrə Beynəlxalq Alyansın 2023-2025-ci illərdə quraqlığın qlobal təsirlərinə dair yeni hesabatında deyilir.

Hesabatda vurğulanır: “Quraqlıq səssiz bir qatildir. O, yavaş-yavaş hərəkət edərək resursları boşaldır və həyatı məhv edir. Onun yara izləri dərindədir”.

Sənədin həmmüəllifi və NDMC-nin direktoru Mark Svoboda qeyd edib: “Bu, indiyə qədər gördüyüm ən pis qlobal fəlakətdir. Yeni hesabat quraqlığın həyatlara, dolanışıq vasitələrinə və hamımızın asılı olduğu ekosistemlərin sağlamlığına necə təsir etməsinin sistematik monitorinqinin zəruriliyini vurğulayır”.

Hesabata görə, Şərqi və Cənubi Afrikada 90 milyon insan kəskin aclıqla üzləşib, regionun bəzi bölgələrində indiyə qədər qeydə alınan ən pis quraqlıq yaşanır. Efiopiya, Zimbabve, Zambiya və Malavidə qarğıdalı və buğda bitkilərinin məhsuldarlığı kəskin azalıb. Xüsusilə Zimbabvedə 2024-cü ildə qarğıdalı məhsulu illik müqayisədə 70 faiz az olub, bu məhsulun qiyməti iki dəfə artıb, həmçinin 9000 mal-qara susuzluqdan və aclıqdan tələf olub.

Somalidə təkcə 2022-ci ildə quraqlıqla əlaqəli aclıq səbəbindən təxminən 43 min insan ölüb. Fəlakət 2025-ci ilə qədər davam edib, cari ilin əvvəlində isə əhalinin dörddəbiri böhran səviyyəsində ərzaq təhlükəsizliyi ilə üzləşib. Quraqlıq nəticəsində Zambiya dünyanın ən pis enerji böhranlarından birinə məruz qalır: aprel ayında Zambezi çayı uzunmüddətli orta göstəricinin 20 faizinə enib və ölkənin ən böyük su elektrik stansiyası olan Kariba bəndinin istehsal gücü 7 faizə düşüb. Bu, xəstəxanaların, çörək zavodlarının və fabriklərin bağlanmasına gətirib çıxarıb.

Lakin quraqlığın təsiri Afrikadan kənara da yayılır. Məsələn, 2023-cü ilin sentyabrına qədər İspaniyada iki illik quraqlıq və rekord istilik zeytun məhsulunun 50 faiz azalmasına səbəb olub və ölkə daxilində zeytun yağının qiyməti iki dəfə artıb. Türkiyədə quraqlıq qrunt sularının tükənməsinə, çuxurların yaranmasına səbəb olub, icmaları və onların infrastrukturunu təhlükə altına alıb, eyni zamanda sulu təbəqənin saxlama qabiliyyətini azaldır.

Amazon hövzəsində 2023 və 2024-cü illərdə rekord dərəcədə aşağı çay səviyyəsi balıqların və nəsli kəsilməkdə olan delfinlərin kütləvi ölümünə səbəb olur, içməli su təchizatını pozulub və yüz minlərlə insan üçün nəqliyyat problemi yaranıb. Meşələrin qırılması və yanğınlar Amazonu karbon qazı mənbəyinə çevirmək təhlükəsi yaradır.

Panama kanalında suyun səviyyəsinin düşməsi tranziti üçdəbir səviyyəsində azaldıb və bu, böyük qlobal ticarətin pozulmasına gətirib çıxarıb. Quraqlığın mənfi təsirləri arasında Amerikanın soya ixracatındakı azalmalar, qıtlıqlar və Böyük Britaniyanın ərzaq mağazalarında qiymət artımı da var.

Hesabatda bu böhranla mübarizəyə kömək etmək üçün daha güclü erkən xəbərdarlıq sistemləri, real vaxt rejimində quraqlıq və onun təsirlərinin monitorinqi, su hövzəsinin bərpası və yerli məhsuldan istifadə kimi təbiətə əsaslanan həllər daxil olmaqla bir sıra tövsiyələr yer alıb. Həmçinin şəbəkədənkənar enerji və alternativ su təchizatı sistemləri də daxil olmaqla, daha davamlı infrastruktura və xüsusilə transsərhəd çay hövzələri və ticarət yolları ilə bağlı qlobal əməkdaşlığa çağırış edilib.

AzPost.az

Post navigation

Previous: Putinin tələbə yoldaşı olan Ali Məhkəməsinin sədri ölüb
Next: Uranın zənginləşdirilməsi prosesi müvəqqəti dayandırılıb –

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Avropa təhlükəsizlik sistemi mövzusu Əbu-Dabidə danışıqların əsas mövzusuna çevrilib. Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib. O,...
Read more about Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

User 11 Noyabr 2026 - 14:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.