Qusarda 32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə itkin düşüb – FOTO

Qusarda 32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə itkin düşüb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxıb və Qusar rayonunda itkin düşüb.

Rima Talıbovanın əlamətləri belədir: Boyu 160 sm, orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35, 070-850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vasif Talıbov Himayədarlar Şurasının sədri təyin olunub 

Sonrakı məqalə

Türkiyədə güclü zəlzələ baş verdi –