Qusarda kütləvi zəhərlənmə –8 nəfər xəstəxanaya aparıldı, 5-i uşaqdır (RƏSMİ AÇIQLAMA)

Qusar rayonunda qidadan kütləvi zəhərlənmə faktı baş verib.

Hadisə rayonun Qələcuq kəndində qeydə alınıb. 

2012-ci il təvəllüdlü Ağakişiyeva Mədinə Tərlan qızı, 2010-cu il təvəllüdlü Ağakişiyeva Lalə Tərlan qızı, 2011-ci il təvəllüdlü Ağakişiyev Məmmədəli Kamran oğlu, 2014-cü il təvəllüdlü Ağakişiyev Seyidəli Kamran oğlu, 2018-ci il təvəllüdlü Ağakişiyeva Şəfa Kamran qızı, 1963-cü il təvəllüdlü Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 1989-cu il təvəllüdlü Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızı qida zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə onların qutabdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

Səhiyyə Nazirliyi Qusardakı kütləvi qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda bu vitaminin satışı qadağan olundu –

Sonrakı məqalə

Bakıda İcra Hakimiyyətinin şöbə müdiri intihar etdi –