Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Rəqibin sirrləri çoxdur…”

User 25 Sentyabr 2024 - 23:06 (Last updated: 21 May 2025 - 20:15)
qurban

Avropa Liqasının Liqa mərhələsinin I turunun “Tottenhem”lə matçından öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

APA verilən sual-cavabı təqdim edir.

“Əfsuslar olsun ki, yerli jurnalistlərdən heç kim burada yoxdur. Sadəcə bizim iki çox dəyərli jurnalistimiz buradadır. “Tottenhem” haqda çox danışmağa bir o qədər ehtiyac yoxdur. Çünki dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. Hansı ki, həmişə liderlər sırasında olub. Oyuna hazırıq. Sabah yəqin ki, çox düzgün, çox səliqəli, çox intizamlı oynamağa çalışacağıq. Bizim üçün böyük təcrübədir. Belə stadionda, belə azarkeş qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi üçün böyük təcrübədir. Sabah futbolçular çox güc sərf edərək, mütləq yaxşı oyun göstərməyə çalışacaqlar”.

– 2015-ci ildə “Qarabağ” Londonda “Tottenhem”ə 1:3 uduzmuşdu. Həmin oyunu necə xatırlayırsız?
– Həmin matç tam olaraq yadımdadır. Bəli, 1:3 uduzmuşduq. O vaxt da “Tottenhem” yaxşı kollektiv idi, yaxşı baş məşqçisi var idi. Amma bugünkü “Tottenhem” daha dinamik, daha sürətlidir. Yeni baş məşqçi gələndən sonra bəlkə də, Premyer Liqanın ən sürətli pressinq edən komandalarından birinə çevriliblər. O vaxtkı “Tottenhem”lə indiki tamam fərqlidir. Tam fərqli oyun fəlsəfəsi var.

– “Dinamo”(Zaqreb) Çempionlar Liqasında “Bavariya”ya 2:9 uduzduqdan sonra Azərbaycanda çoxları yaxşı ki, “Qarabağ”ın ÇL-də olmadığı fikirlərini səsləndirdi. Bu fikrə münasibətiniz necədir?
– Məncə, bu barədə düşünmək artıq gecdir. Bu gün Avroliqadakı komandaların 70 faizi Çempionlar Liqasındakı komandalardan fərqlənmir. ÇL səviyyədə oynayan komandalardır. Bu barədə düşünmürəm, düşünmək də istəmirəm. Əgər bu gün AL-də oynayırıqsa, o barədə düşünməyimiz doğru olmaz. ÇL-ə düşsəydik, necə olardı, düşməmişik yaxşıdır kimi düşüncələrlə işimizi qurmalı deyilik. Əksinə, istənilən turnirdə ən yuxarılarda olmağa çalışmışıq. Layiqincə mübarizə aparmaq istəmişik. Böyükhesablı məğlubiyyətə gəldikdə, belə hallara tez-tez rast gəlirik. Bu gün futbol bir az fərqli yöndə gedir, inkişaf edir. Böyük komandaların bu cür rəqiblərə, bizə böyük hesabla qalib gəlmək ehtimalları çoxdur. Biz də hər oyuna tam ciddi, tam diqqətli hazırlaşırıq.

– “Tottenhem” haqda sirr aça bilərsiz?
– Xeyr, açılacaq sirr yoxdur. Rəqibin sirrləri çoxdur. Bu barədə hansısa fikir bildirə bilməyəcəm.

Post navigation

Previous: Bakıxanovda həssas qruplara adi vətəndaşlara sosial hüquqi yardım göstərilib –
Next: Zelenski ABŞ-da rus jurnalistinin sualına cavab vermədi –

Oxşar xəbərlər

messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53
mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45

xƏBƏR

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Milli Məclisin deputatı Sevinc Hüseynovaya ağır itki üz verib. Gununsesi.info  xəbər verir ki, deputatın həyat yoldaşı Hacı...
Read more about Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.