Rəsmi Bakı İsrail və Livan arasında atəşkəsi alqışlayır
Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” platformasında paylaşım edib.
Azərbaycan XİN bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir.
COP29 qlobal atəşkəsin təşəbbüskarı kimi Azərbaycan bütün tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır.
