Ramiz Mehdiyev AMEA-ya yeni Aparat rəhbəri təyin edib

30 Dekabr 2020 - 11:27

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni təyinat olub.

Bununla bağlı AMEA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov AMEA Rəyasət Heyəti Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.