“Ramiz Mehdiyevin səhhətinin pisləşməsi barədə yazılanlar yalandır” –AMEA-dan AÇIQLAMA

Bəzi informasiya saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin guya səhhətində problemlərin yaranması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

AMEA Rəyasət Heyətinin Mətbuat xidməti bununla bağlı açıqlama yayıb. Məlumatda deyilir ki, yayılan məlumatlar tamamilə yalandır: “Akademik Ramiz Mehdiyev hazırda işinin başındadır”.

“Media nümayəndələrini peşəkar jurnalistika prinsiplərinə və etik normalara riayət etməyə, dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Fransanın ERE TV-nin jurnalistləri ilə görüşüb –

Sonrakı məqalə

“Zelenski dedi ki, siz hara desəniz, mən ora gələcəyəm” –