Polkovnik Rauf Kişiyev vəzifəsindən azad edildi –

- Zakir Həsənov əmr imzaladı
16 Oktyabr 2019 - 14:21

Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarılıb.

Müdafiə naziri Zakir Həsənovun imzaladığı müvafiq əmrlə nazirliyin Hüquq İdarəsinin rəisi, polkovnik Rauf Kişiyev yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

Nazirin digər əmri ilə həmin vəzifəyə polkovnik Emin Əzimzadə təyin edilib(apa).