“Real Madrid” qələbə qazanıb –

İspaniya La Liqası
03 Aprel 2021 - 21:31

Aprelin 3-də futbol üzrə İspaniya La Liqasının 29-cu turunun növbəti oyunu keçirilib.

“Kral” klubu “Real Madrid” öz meydanında autsayder “Eibar”ı qəbul edib. Hər hissədə bir qol vuran madridlilər 2:0 hesablı qələbə qazanıb. Zinəddin Zidanın yetirmələrinin heyətində Marko Assensio və Kərim Benzema fərqləniblər.

Bu qələbə sayəsində xal ehtiyatını 63-ə çatdıran “Real Madrid” qismən olsa da, turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Eibar” isə 23 xalla 19-cu yerdə qərarlaşıb.