“Real Madrid” “Valensiya”nı yarımfinalda məğlub etdi

“Real Madrid” klubu “Valensiya”nı 3:1 hesabı ilə məğlub edərək İspaniya Super Kubokunun finalına vəsiqə qazanıb.

Oyun Səudiyyə Ərəbistanın Ciddə şəhərində, “Kinq Abdullah Sports City” stadionunda keçirilib. “Real Madrid” komandasından qolları: Toni Kros (15-ci dəqiqə), İsko (39-cu dəqiqə) və Luka Modriç (65-ci dəqiqə), “Valensiya”dan isə yeganə qolu Daniel Parexo (90-cı dəqiqə) vurublar.

Finalda “Real Madrid”, yanvarın 9-da Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq “Barselona” – “Atletiko” matçının qalibi ilə görüşəcək.

Xatırladaq ki, turnirin final görüşü yanvarın 12-də keçırıləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Norveç Kralının başı gicəlləndi –

Sonrakı məqalə

Tramp Avropanı İranla nüvə sazişindən çıxmağa çağırdı: