“Real” “Qarabağ”ın rəqibini dayandırdı –“Atletik” liderliyə yüksəlib 

İspaniya La Liqasında V tur başa çatıb.

Turun son günündə 5 matç keçirilib.

“Atletik” öz meydanında “Alaves”dən güclü olub. “Xetafe” isə “Malyorka”nı məhsuldar keçən matçda üstələyib.

“Espanyol” evdə “Real-Sosyedad”a uduzub. “Valensiya” isə “Leqanes”i də məğlub edə bilməyib.

Günə “Sevilya” və “Real” arasında oyunla yekun vurulub. Matçın taleyini Kərim Benzemanın vurduğu bir qol həll edib. Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqibi mövsümdə ilk məğlubiyyətini alaraq ötən tur ələ keçirdiyi liderliyi itirib. Nəticədə “Atletik” turu zirvədə başa vurub. “Kral klubu” liderə şərikdir.

Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 24-27-də keçiriləcək.

İspaniya La Liqası
V tur
22 sentyabr
“Xetafe” – “Malyorka” – 4:2

Baba, 7 (avtoqol), Molina, 33 (pen.), Nyom, 63, Rodriges, 84 – Budimir, 70, 77
“Espanyol” – “Real-Sosyedad” – 1:3
Zaldua, 71 (avtoqol) – Xose, 18, 34, İsak, 75
“Valensiya” – “Leqanes” – 1:1
Parexo, 21 (pen.) – Oskar, 35
“Atletik” – “Alaves” – 2:0
Qarsia, 38 (pen.), Muniayn, 72
“Sevilya” – “Real” – 0:1
Benzema, 64

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ermənistan gecə iriçaplı pulemyotlarla atəşkəs rejimini pozub

Sonrakı məqalə

Ölkədə elmlə məşğul olan qadınların sayı artıb –