Respublika Vərəm Xəstəlikləri Sanatoriyası nə vaxt istifadəyə veriləcək?

- Məlum oldu
30 Dekabr 2019 - 16:02

Şəki, Gəncə Psixiatriya xəstəxanaları, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Professor Gindes adına Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi başa çatıb, növbəti ildə onların açılışı gözlənilir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bu ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

Onun sözlərinə görə, 2019-cu ildə yeni tikilmiş Qobustan Rayon Mərkəzi Xəstəxanası əhalinin istifadəsinə verilib, Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzində, Qazax, Şəmkir, Goranboy Rayon Mərkəzi Xəstəxanalarında təmir-tikinti işləri başa çatıb və onlar da açılışa hazırdır:

“Hazırda Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Qəbələ, Füzuli, Samux Rayon Mərkəzi xəstəxanalarının, Bakı şəhər 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə xəstəxanasının, Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının tikintisi, Bakı şəhər 2 nömrəli Doğum evinin, Salyan Rayonu Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin və Uşaq Xəstəxanasının əsaslı təmiri davam etdirilir”.