RİNN nümayəndələri şəhid övladlarını ziyarət ediblər –

şəhid

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) daha bir sosial məsuliyyət tədbiri həyata keçirib.

Nazirlikdən  verilən məlumata görə, RİNN-in, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Aprel və Tovuz döyüşləri, eləcə də rabitəçi şəhidlərin övladlarına baş çəkiblər. Uşaqlara bayram münasibətilə hədiyyələr təqdim edilib.

Şəhid övladları ilə görüşlər zamanı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir