Roma Papası qadının əlinə zərbə vurması ilə bağlı üzr istəyib

01 Yanvar 2020 - 17:37

Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə vurması ilə əlaqədar üzr istəyib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Papa Fransisk deyib ki, dözümlülük sevgidir.

Müqəddəs Petr meydanında Yeni illə bağlı katoliklərə müraciət edən Roma Papası bildirib ki, bəzən dözümü itiririk: “Dünən də mən dözümü itirmişdim. Buna görə də mən dünənki pis nümunəyə görə üzr istəyirəm”.