Roma Papası qadının əlinə zərbə vurması ilə bağlı üzr istəyib

Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə vurması ilə əlaqədar üzr istəyib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Papa Fransisk deyib ki, dözümlülük sevgidir.

Müqəddəs Petr meydanında Yeni illə bağlı katoliklərə müraciət edən Roma Papası bildirib ki, bəzən dözümü itiririk: “Dünən də mən dözümü itirmişdim. Buna görə də mən dünənki pis nümunəyə görə üzr istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kim Çen Indan Şərq güldanını hədiyyə gözləyirəm”

Sonrakı məqalə

Ukraynada minimum əməkhaqqı artdı, 190 dollar oldu –