Romada Kolizeyi ildırım vurub, Zəfər tağının bir neçə hissəsi qopub-FOTO

Romadakı Kolizeydəki İmperator Konstantinin Zəfər tağını ildırım vurub.

Bu barədə “Adnkronos” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində Zəfər tağının bir neçə hissəsi qopub.

“Bütün fraqmentlər götürülərək təhlükəsiz yerə yerləşdirilib. Artıq dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb, analiz sabah səhər davam edəcək”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Paralimpiya Oyunlarının çempionları vətənə dönüb

Sonrakı məqalə

Azərbaycanlı fəhlənin fotosu beynəlxalq müsabiqənin qalibi oldu –