Ronaldinyonun anası koronavirusdan vəfat etdi

21 Fevral 2021 - 13:21

Braziliya yığmasının keçmiş hücumçusu Ronaldinyonun anası Miqelina Eloi Dos Santos dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo” “Diario Olé” nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, qadının ölümünə səbəb koronavirus olub. O, ötən ilin dekabrından intensiv terapiya şöbəsində yatırdı, lakin həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişdi.

Qeyd edək ki, 40 yaşlı Ronaldinyo karyerasını 2015-ci ildə başa vurub.