Ruhani Zelenskiyə zəng etdi:"Təyyarəsinin vurulmasında iştirak edən hər kəs cəzalanacaq"

İran Prezidenti Həsən Ruhani ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon bağlantısı yaradıb və söhbətində bildirib ki, Ukrayna təyyarəsinin vurulmasında iştirak edən hər kəs İranın məhkəmə orqanları tərəfindən mühakimə ediləcək.

Bu barədə açıqlamanı İran Prezidentinin saytı yayıb.

“Bir insan səhvi bu təyyarənin qəzaya uğramasına səbəb olub və hadisədə iştirak edən hər kəs məhkəmə tərəfindən cəzalandırılacaq”, – Ruhani belə deyib.

Ruhani əlavə edib ki, İran məhkəmə sistemi tezliklə bu məsələ ilə bağlı tədbir görməyə başlayacaq. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 22 dəfə pozub

Sonrakı məqalə

Azərbaycandakı palçıq vulkanlarında qeyri-adi minerallar aşkarlanıb