Rusiya apteklərindən 2200 adda dərman “yoxa çıxıb”

Rusiya apteklərində mövcud olan dərmanların sayı azalmaqda davam edir.

Azpost.info xəbər verir ki, son hesablamalara görə, Rusiya apteklərindən 2200 adda dərman “yoxa çıxıb”.

Ümumilikdə ilin sonunda aptek rəflərində 19,4 min və ya bir il əvvəlkindən 11 faiz az dərman preparatı olub.

Ən ucuz dərmanların sayı (100 rubla qədər olanlar) il ərzində ən sürətlə azalanlardır. Onlar illik müqayisədə 24 faiz azalıb.

Analitiklərin hesablamalarına görə, “yoxa çıxan” 2200 məhsuldan 1300-ü xaricdən gətirilən dərmanlardır. 2019-cu ildə apteklərdə təxminən 9 min adda xarici dərman var idi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.