Rusiya Azərbaycana uçuşları bərpa etdi
Rusiya koronavirus pandemiyası ilə bağlı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) yayıb.
Bildirilir ki, 2022-ci il martın 9-u Rusiya hökumətinin qərarına əsasən, sözügedən ölkələrə müntəzəm və qeyri-müntəzəm reyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Reyslər qarşılıqlı əsasda həyata keçiriləcək.
Xatırladaq ki, martın 6-dan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırmışdı.
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...