Rusiya Bakı və Yerevanı atəşi dayandırmağa çağırıb.
Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Kreml məlumat yayıb.
Moskva region ölkələrinin təmkinli davranış sərgiləməyin vacib olduğunu bəyan edib.
Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, rus hərbçiləri Dağlıq Qarabağdakı təmas xəttindəki situasiyanı diqqətlə izləyir.
“Bütün informasiyalar ciddi şəkildə analiz edilir. Eyni zamanda beynəlxalq liderlərin bəyanatlarını qeydə alırıq”.