Rusiya Baş Kəşfiyyat İdarəsinin generalı evində ölü tapıldı
Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) general-mayoru Sergey Karaoğlanov evində ölü tapılıb.
Azpost.info xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” öz mənbələrinə istinadən məlumat yayıb. General Moskva yaxınlığındakı “İslavskoye” kəndində yaşayırmış. İlkin məlumata görə, o, təbii səbəblərdən ölüb.
Baxış zamanı meyitin üzərində zorakılıq izləri, evdə isə hər hansı cinayət əlaməti aşkar edilməyib. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit məhkəmə-tibbi ekspertizasına göndərilib.
Karaoğlanov Rusiya hərbi-sənaye kompleksinin xarici ticarət sahəsində təşviqi ilə tanınırdı. Onun sayəsində Çinlə “Su-27” döyüş təyyarələri və zenit-raket komplekslərinin tədarükünü nəzərdə tutan genişmiqyaslı əməkdaşlıq qurulub.
Azpost.info
