Rusiya Baş Qərargah rəisi və NATO-nun Hərbi Komitə sədri Bakıda görüşdü –Dünyanın böhranlı bölgələrini müzakirə ediblər (AÇIQLAMA)

Bu gün Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüş olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması, habelə hərbi ekspertlər arasında dialoqun bərpasının perspektivləri müzakirə olunub.

“Tərəflər Avropanın təhlükəsizliyinə dair fikir mübadiləsi aparıb, NATO-Rusiya təmas xəttində insidentlərin qarşının alınması üçün mümkün tədbirləri, o cümlədən hərbi ekspertlər arasında dialoqunun bərpasının perspektivlərini, həmçinin böhranlı bölgələrdə vəziyyəti müzakirə ediblər”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvan Televiziya və Radio Şurasına sədr təyin edilib

Sonrakı məqalə

Prezident Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində iştirak edib: