Rusiya BMT-də Ukrayna ilə bağlı qətnaməni blokladı –

bmt

Rusiya BMT Təhlükəsizlik Şurasının Ukraynaya təcavüzü kəskin pisləyən qətnaməsini bloklayıb.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, qətnamədə Rusiya qoşunlarının Ukrayna ərazisindən dərhal çıxarılması tələb olunurdu. ABŞ-ın Albaniya ilə birgə hazırladığı bu sənəd Nyu-Yorkda keçirilən toplantıda Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i tərəfindən dəstəkləndi.

Çin, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalıb.

Moskva BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edbi. İndi qətnamə BMT Baş Assambleyasında səsverməyə çıxarıla bilər, lakin onun qərarları məcburi xarakter daşımır.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild veto təşəbbüsündən sonra rusiyalı həmkarı Vasili Nebenzaya müraciətlə deyib: “Siz bu qətnaməyə veto qoya bilərsiniz. Amma səslərimizə, həqiqətə, bizim prinsiplərimizə, Ukrayna xalqına veto qoya bilməzsiniz”.

V.Nebenzya öz növbəsində bildirib ki, Rusiya Ukrayna və onun xalqı ilə müharibə aparmır. Və Rusiyanın həyata keçirdiyi xüsusi əməliyyat tezliklə məqsədində nail olacaq. İclasda Ukrayna nümayəndəsi Sergey Kisiliçin təklifi ilə Ukraynada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsində Rusiyanın təcavüzü qəti şəkildə pislənir, Ukraynanın suverenliyi və ərazi bütövlüyü, eləcə də müstəqilliyi təsdiqlənir. Qurum Rusiyanı dərhal və qeyd-şərtsiz öz qoşunlarını qonşu ölkədən çıxarmağa və Minsk razılaşmalarına qayıtmağa çağırır.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir