Rusiya bu azərbaycanlını beynəlxalq axtarışa verdi

- Terrorçulara yardım etməkdə təqsirləndirilir
16 Noyabr 2019 - 13:13

Rusiya hüquq-mühafizə orqanları terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib. 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, terrorçuluğa yardım etməkdə təqsirli bilinən Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Zaur Quliyev barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda Z.Quliyevin saxlanılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.