Rusiya İranın Buşehr Atom Elektrik Stansiyasından bütün əməkdaşlarını demək olar təxliyə edib. APA xəbər verir ki, bu barədə Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçev bildirib. O qeyd edib ki, bu gün AES-dən 108 işçi təxliyə edilib, 20 nəfər isə avadanlıqlara nəzarət etmək üçün stansiyada qalacaq. Lixaçev vurğulayıb ki, işçilərin təxliyəsi İran hakimiyyəti ilə koordinasiya olunub. O əlavə edib ki, Rusiya hazırda bu stansiyada daha iki nüvə reaktoru tikir.

AzPost.az