Rusiya Çinlə sərhədini bağlayır- Koronavirusa görə

Koronavirus epidemiyası ilə əlaqədar Rusiya Çinlə Uzaq Şərqdəki sərhədlərini bağlayır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Rusiya Baş Naziri Mixail Mişustin sərəncam imzalayıb.

Baş Nazir hökumətin iclasında bildirib ki, koronaviriusun yayılmasının qarşısını almaq üçün atılan addımlar çərçivəsində bu qərar verilib və digər müvafiq tədbirlər barədə ictimaiyyət məlumatlandırılacaq.

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 170-ə çatıb, hazırda 7711 nəfər isə bu virusun daşıyıcısına çevrilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tibb müəssisələrində jurnalistlərin suallarını cavablandırmaq üçün məsul şəxslər olacaq

Sonrakı məqalə

Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb