Rusiyanın Ukraynada döyüşən Cənub ordu qruplaşmasının tərkibində erməni muzdlu döyüşçülərindən ibarət “Arbat” könüllü korpusu var.
Azpost.info bildirir ki, bu barədə Rusiyanın «Россия-1» telekanalının sujetində açıqlanıb.
Bu kadrlarda həmin döyüşçülərin üzərində qondarma Dağlıq Qarabağ separatçılarının simvolu olan hərbi geyimdə olduğu görünür. Şərti adlarla danışan erməni əsilli bu şəxslər Ukraynada döyüşdüklərinə görə, Ermənistanda təqib olunduqlarını deyirlər. Bu şəxslərdən biri Rusiya sülhməramlıları Qarabağda olarkən onlarla işlədiyini bildirib.
Telekanal “Artsax” yazılmış nişanı böyük planda tamaşaçlara təqdim edib.
Bu, Azərbaycana qarşı növbəti təxribatdır. Rusiya dövlət televiziyasının efirindən hərbi cinayətkarı təbliğ etmək və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salmaq çirkin niyyətdən xəbər verir.
Azpost.info videonu təqdim edir:
