Rusiya Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan üzərindən axtarış sanksiyasını götürüb.
Azpost.info bildirir ki, bu barədə “İnterfaks” etibarlı mənbəyə istinadən məlumat yayıb. Sabiq nazirlə bağlı beynəlxalq axtarış qərarı Rusiyada qüvvədən düşüb.
“1 mart 2008-ci il hadisələrində ittiham olunan Arutyunyanla bağlı sənədləri araşdırdıqdan sonra onunla bağlı axtarış qərarı ləğv edilib”.
Artıq sabiq nazir üçün Rusiya ərazisində heç bi təhlükə yoxdur. Amma o digər MDB ölkələrinə gedə bilməz. Mənbə bildirib ki, eks-nazirin həbsi və geri verilməsi ilə bağlı sorğu Moskvaya Ermənistan baş prokurorluğundan deyil, beynəlxalq axtarış xətti ilə gəlib. Daxil olan orderdə hətta sabiq nazirin Rusiyada yaşadığı ünvan da qeyd olunub.
Maraqlıdır ki, Ermənistanın sabiq müdafə naziri 2002-ci ildən Rusiya pasportu daşıyıb.