Rusiya Finlandiya ilə sərhədlərinin bağlanmasından zərər görməyəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Viktoriya Abramçenko bildirib.
Onun sözlərinə görə, Rusiyanın həm bu Finlandiya, həm də bütövlükdə Avropa ilə qarşılıqlı ticarəti artıq pisləşib.
“Avropa ilə qarşılıqlı ticarətimiz pisləşib. Finlandiya ilə qarşılıqlı ticarətimiz bir milyon dollardan azdır. Biz bundan qətiyyən əziyyət çəkməyəcəyik, Finlandiya iqtisadiyyatının zərər görüb-götürməyəcəyini finlərdən soruşmaq lazımdır”, – Abramçenko qeyd edib.
Azpost.info