Rusiyanın Sverdlovsk əyalətinin ciddi rejimli həbsxanasında məhkumlar qiyam qaldırıblar.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, informasiya Federal Cəzaların İcra Xidmətinin Sverdlovsk Baş İdarəsinin nümayəndəsi Aleksandr Levçenko tərəfindən də təsdiqlənib. Onun sözlərinə görə, insident Kamensk-Uralsk cəzaçəkmə müəssisəsində baş verib.
“Həbsxanalarda bu cür qiyamlar tez-tez baş verir. Sözügedən qapalı cəzaçəkmə müəssisəsi residivitlər üçün nəzərdə tutulub”,-deyə ö, söyləyib.
Aleksandr Levçenko həmin həbsxanada başqalarını manipulyasiya emtəyi bacaran bir neçə adamın olduğunu, onların da özlərinə ülgüclə əhəmiyyətsiz şəkildə xətər yetirdiklərini bildirib.
Xatırladaq ki, 2020-ci iln aprel ayında da İrkutsk əyalətində bir məhkumun başlatdığı qiyam 30 min kvadrat metrlik bir ərazidə yanğın baş verməsinə səbəb olmuşdu.