Rusiya hərbi məqsədlər üçün xüsusi messencer hazırlayraq istifadəyə verib.
Azpost.info xəbər verir ki, “İzvestiya” yazır ki, xidmət serverlər və vahid məlumat bazası olmadan işləyir.
“Döyüş şəraitində internetə çıxış və ya server olmadan messencerin cəbhə xəttində işlədilməsi artıq zəruri tələbdir.
Buna görə də, bu, bizim proqram təminatımıza ilkin olaraq daxil edilmişdir. Lakin biz məsələn, radio stansiyaları və ya radio körpülərindəki qapalı Wi-Fi qrupları vasitəsilə cihazlar arasında məlumat ötürmə qabiliyyətini əlavə etdik”, -messencerin tərtibatçısı olan “Loktar” könüllülər komandasının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, proqram özündə taktiki xəritələri və mesajları və geoməlumatları ötürməyə imkan verən messenceri birləşdirir.
Azpost.info