Rusiya hərbçiləri Ukraynadan təxliyə olunan 3 azərbaycanlını qətlə yetirib –
Rusiya diversiya qrupu Odessa şəhərində Ukraynadan könüllü olaraq təxliyə olunmaq istəyən azərbaycanlıları öldürüb.
Azpost.info bildirir ki, bu barədə AZƏRTAC-ın Kiyevdəki xüsusi müxbiri Emil Hüseynli məlumat verib.
Onun sözlərinə görə, Qabil, Nemət və Rəhim İsmayılovlar Moldova vasitəsilə təxliyə olunmaq üçün yolda olarkən öldürülüblər.
