Rusiya ilə danışıqlar aparacaq Ukrayna heyətinin tərkibi açıqlanıb

ukr rus gorus

Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibi açıqlanıb.

Bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ukrayna-Belarus sərhədindəki danışıqlarda iştirak edəcək nümayəndə heyəti danışıqların keçiriləcəyi yerə çatıb.

“Nümayəndə heyətinə “Xalqın qulluqçusu” fraksiyasının sədri David Araxamiya, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və Ukraynanın xarici işlər nazirinin müavini Mikola Toçitsk daxildir”, – məlumatda qeyd olunub.

Danışıqların əsas mövzusunun dərhal atəşkəs elan edilməsi və qoşunların Ukraynadan çıxarılması olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir