“Rusiya ilə neytral status məsələsini müzakirə etməyə hazırıq”-

zelenski

“Ukrayna təhlükəsizlik təminatlarını və hərbi bloka qoşulmama statusunu müzakirə etməyə hazırdır”.

Azpost.info bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Rusiya mətbuatına müsahibəsində bildirib.

“Biz təhlükəsizliyin və neytrallığın təminatına, “nüvə silahı olmayan dövlət” statusuna getməyə hazırıq. Bu, ən vacib məqamdır. Rusiya üçün  də bu, ilk prinsipial məsələ  idi.  Moskva elə buna görə müharibəyə başladı”, – deyə Zelenski qeyd edib.

Zelenski eyni zamanda vurğulayıb ki, əldə ediləcək saziş Budapeşt Memorandumu kimi kağız parçası deyil, ciddi müqavilə olmalıdır: “Ona görə də bu bənd Ukrayna üçün təhlükəsizlik təminatı bəndidir.

Prezident bildirib ki, Ukrayna neytral statusla bağlı yalnız referendumda qərar verə bilər. Çünki bununla bağlı Konstitusiyaya müvafiq dəyişikliklər ən azı bir il çəkəcək: “Ukraynada hökmən referendum olmalıdır. Çünki bizdə referendumla bağlı qanun var. Təhlükəsizlik təminatı neytral statusu nəzərdə tutur.  Bu isə konstitusiya dəyişiklikləri deməkdir. Vaxt baxımından referendum Konstitusiyanın dəyişdirilməsindən daha tez addımdır. Çünki belə statusun və belə qarantların olacağına ancaq xalq qərar verə bilər. Referendum bir neçə ay ərzində keçiriliə bilər, amma mövcud qanunvericiliyimizə uyğun olaraq Konstitusiyaya dəyişikliklər ən azı bir çəkəcək”, – Zelenski bildirib.