“Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 25 faiz artacaq”- PUTİN

Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin sonuna qədər Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin təxminən 25 faiz artacağını proqnozlaşdırıb.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, hər iki ölkə 200 milyard dollarlıq hədəfə vaxtından əvvəl çatacaq.

Putin onu da qeyd edib ki, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq xüsusi yer tutur və Rusiya, Çin və əsas regionlarda sabitliyə töhfə verir.

Azpost.info

Əvvəlki məqalə

Bakı Metrosunda intervalın azaldılmamasının səbəbi açıqlanıb

Sonrakı məqalə

Xırdalana metro xətti çəkiləcəkmi?