Rusiya ilə Qərb arasında münasibətlər  gələn il də soyuq olacaq

Rusiya prezidenti Vladimir Putin cümə axşamı dörd saat davam edən yekun mətbuat konfransı zamanı Vaşinqtonda aparılan impiçment prosesində ABŞ prezidenti Donald Trampa dəstəyini ifadə edib.

Amerikalı Demokratları Trampı impiç etmək üçün “uydurma səbəblər” irəli sürməkdə ittiham edən Rusiya lideri onların 2016-ci il prezident seçkisində məğlub olduqlarna görə qəzəbli olduqlarını söyləyib.

“İmpiçment daxili siyasi çəkişmənin davamıdır”, Putin deyib.

Putin əlavə edib ki, Respublikaçıların nəzarət etdiyi Senatın Trampı vəzifəsindən azad etmək ehtimalı çox aşağıdır. O, ABŞ prezidentinə qarşı irəli sürülən əsas impiçment maddəsini, yəni Trampın Ukrayna prezidentinə onun siyasi rəqibi sabiq vitse-prezidnet Co Byadenlə bağlı təhqiqat aparması üçün təzyiq göstərdiyinə dair ittihamı tənqid edib.

Seçkidə məğlub olan Demokratlar Partiyası başqa yollarla nəticə əldə etməyə çalşır. Onlar ilk olaraq Trampı Rusiya ilə əməkdaşlıq etməkdə ittiham etdilər, amma daha sonra belə bir şeyin olmadığı ortaya çıxdı. Bu impiçment üçün əsas ola bilməz. “İndi isə onlar Ukraynaya təzyiq məsələsini uydurub”, Putin deyib.

ABŞ-ın daxili siyasətində caxnaşma

Moskvada fəaliyyət göstərən diplomatlar deyir ki, Putinin amerikalı həmkarını müdafiə etməsi Birləşmiş Ştatların daxili siyasətini daha da qarışdırmaq məqsədi daşıyır.

“O çox yaxşı bilir ki, onun şərhləri, Demokratları lağa qoymağı ABŞ-ın siyasi yaralarına duz səpir”, Qərbli diplomat Amerikanın Səsinə bildirib. Kremlin yeganə xarici siyasət məqsədi Qərbdə siyasi bölgülərə təkan verməkdir.

Ancaq Putinin Trampı tərifləməsi və ABŞ liderinin tez-tez rusiyalı həmkarı ilə bağlı müsbət şeylər söyləməsi Soyuq Müharibə bitəndən bəri ən aşağı səviyyədə olan ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasına yardım etməyib.

İki liderin Avropa və NATO ilə bağlı düşüncələrinin üst-üstə düşməsinə və ya Trampın bu yaxınlarda Rusiyanın yenidən Böyük Yeddilik ölkələri arasında daxil edilməsini təklif etməsinə baxmayaraq çox az sayda təhlilçi və diplomat münasibətlərin gələn il düzələcəyini düşünür.

Həm Kreml həm Ağ Ev dəfələrlə münasibətləri yaxşılaşdırmaq istədiklərini ifadə edib. Ən son dəfə bunu ABŞ dövlət katibi Mayk Pompeo bu ayın əvvəli Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ paytaxtına səfəri zamanı söyləyib.

Əməkdaşlıq

O qeyd edib ki, ABŞ və Rusiyanın hüquq-mühafizə orqanları demək olar “hər gün” terror və narkotik maddələrə qarşı mübarizə sahəsində əməkdaşlıq edirlər. Onun sözlərinə görə, Moskva və Vaşinqton Suriya və Əfqanıstandakı münaqişələrin hərbi həllinin olmadığı üzərində razılaşır, amma bu münaqişələrə necə son qoyulacağı ilə bağlı fərqli düşüncələrə malikdir.

Lavrov isə öz növbəsində deyib ki, Vaşinqtondakı görüşlər “onların bir-biriləri ilə danışıqlar aparmalarının faydalı olduğunu təsdiq edib”.

Bütün bu məsələləri, o cümlədən ABŞ rəsmilərinin Rusiyanın pisniyyətli adlandırdıqları fəaliyyətlərini nəzərə aldıqda, Amerika rəsmiləri Rusiya ilə münasibətləri bərpa etməyə cəhd etməyə belə diqqətlə yanaşır, çünki onlar bunun Obama administrasiyasının iki ölkə arasında münasibətləri dəyişmək səyləri kimi uğrusuz olacağından narahatdır.

Bu cür düşünən isə təkcə ABŞ rəsmiləri deyil. Chatham House-un təhlilçiləri Ceyms Niksi və Matyo Buleq deyir ki, Kremlə qarşı böyük addımlar atmaq hazırkı və keçmiş Qərb liderlərinin səhvlərinin təkrarı olacaq.

Makronla bağlı tənqid

Onlar bu yaxınlarda Londonda qərargahlanan düşüncə mərkəzində Fransa lideri Emmanuel Makronun sentyabr ayında Rusiyanı Qərb dünyasına geri gətirmək çağırışlarını tənqid edərək deyiblər ki, o Moskvaya olan pərəstişkarlığında prinsip və sübutları nəzərə almır.

Kremldə də bəziləri Moskva ilə Vaşinqton arasında münasibətlərdə böyük irəliləyişlərin olacağına dair ümidlərin az olduğunu düşünür. Amma onlar buna görə ABŞ və Avropa hökümətlərini günahlandırır.

Onlar münasibtələrdə kəskin pisləşmənin sabiq Rusiya prezidenti Boris Yeltsinin dövründə və NATO şərqə doğru uzanıb, keçmiş kommunist Baltikyanı dövətləri də üzv edəndən sonra başladığını deyir. (Amerikanın Səsi)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mingəçevirdə Kür çayında batan gənc xilas edilib

Sonrakı məqalə

2020-ci ildə ünvanlı sosial yardımı kimlər alacaq? –