“Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi iki dəfə artıb”- Putin

2022-ci ilin yanvar-may aylarında Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi iki dəfə artıb.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

Putin Türkiyə ilə ticari-iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalayacaqlarına ümid etdiyini də bildirib: “Razılaşdığımız kimi, ümid edirəm ki, bu gün biz ticari-iqtisadi əlaqələrimizin inkişafı ilə bağlı müvafiq memorandum imzalaya biləcəyik”.

Azpost.info

 

Əvvəlki məqalə

COVID-ə görə hərbçilərin valideynləri ilə görüşləri məhdudlaşdırılıb

Sonrakı məqalə

Azərbaycanda daha 540 nəfər COVID-19-a yoluxub