“Rusiya imperiyasını bərpa etmək barədə deyilənlər əsassızdır” –

putin

Putin Rusiyanın imperiya sərhədlərini bərpa etməklə bağlı iddiaları rədd edib.

Azpost.info Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, bu barədə Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

“Rusiyanın imperiyanı bərpa etməsi barədə deyilənlərin heç bir əsası yoxdur. SSRİ-nin süqutundan sonra biz bütün yeni geopolitik reallığı tanımışıq”-deyə o vurğulayıb.

Putinin sözlərinə görə, Rusiya postsovet məkanında olan bütün müstəqil dövlətlərlə əməkdaşlığın möhkəmləndirilməsi üçün fəal iş aparır: “Hətta ən kəskin vəziyyətlərdə, deyək ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində biz prosesə cəlb olunmuş bütün dövlətlərin maraqlarından çıxış edərək  həmişə çox diqqətli yanaşmışıq. Həmişə qarşılıqlı qərarların əldə olunmasına çalışmışıq”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir